DİN-dən Rasim Musayev açıqlaması
23 yanvar 2013 18:49 (UTC +04:00)

DİN-dən Rasim Musayev açıqlaması

Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi Rasim Musayevin barəsində yayılmış məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır: “Mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Bu gün Gəncədə də geniş quruculuq və abadlıq işləri aparılır, mövcud problemlərin həlli ilə bağlı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilib və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir. Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Oxşar yazılar