Bakıda qadına hücum edən kişilər tutuldu
22 yanvar 2013 13:44 (UTC +04:00)

Bakıda qadına hücum edən kişilər tutuldu

Keçən il dekabrın 20-də Bakı şəhərinin O.Vəliyev küçəsində quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bərdə rayon sakinləri Əlvan Quliyev, Ruslan Məmmədov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Dostuyev Bakı şəhər sakini Kəmalə İsgəndərovanın içərisində 73 manat, 2 ədəd mobil telefon, gümüş bilərzik və açarlar olan əl çantasını əlindən alıb qaçıblar. Aparılmış əməliyyat tədbirləri nəticəsində onlar yanvarın 21-də Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

 

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418
avatar

Oxşar yazılar