Bakıda 15 evi talamış şəxs ələ keçdi
23 yanvar 2013 12:41 (UTC +04:00)

Bakıda 15 evi talamış şəxs ələ keçdi

Bakıda evlərdən oğurluq etmiş peşəkar oğru tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 20-də Xəzər RPİ əməkdaşları tərəfindən tutulmuş Elçin Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci və cari il ərzində Naibə Muradovanın, Nazilə Vəliyevanın, Mirallam Ağayevin, Mirmehdi Rəsulovun, Südabə Həsənovanın, Fərəməz Zülfüqarovun, Mehriban Adilovanın, Tərlan Mustafayevin, Sübhan Əliyevin, Cavanşir Əkbərovun, Samirə Sultanovanın, Şəmşir Alışovun, Sona Mərdəliyevanın, Tofiq Şiriyevin və Elman Babışovun evlərindən pul və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

 

Saxlanmış şəxs ətrafında əlavə araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar