Əsgərimizin ölümü ilə bağlı cinayət işi başladı - YENİLƏNİB
24 fevral 2025 15:08 (UTC +04:00)

Əsgərimizin ölümü ilə bağlı cinayət işi başladı - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, fakt əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

***

saat 13:50

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. 

Lent.az xəbər verir ki, Müdafiə Nazirliyindən alınan sorğuya əsasən bildirilib ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur. 

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar