Bakının bu rayonunda  QƏZA:   İçməli su kəsildi
24 fevral 2025 11:41 (UTC +04:00)

Bakının bu rayonunda QƏZA: İçməli su kəsildi

Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib.

Fasiləyə səbəb rayon üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə qəzanın baş verməsidir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır.

Fevralın 25-i günün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar