Bakıda bir sutkada qarlı havaya görə  111 nəfər yaralanıb
24 fevral 2025 11:58 (UTC +04:00)

Bakıda bir sutkada qarlı havaya görə 111 nəfər yaralanıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 23-dən bu saata qədər 111 nəfər müraciət edib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar