FHN əməkdaşı ölkə çempionatında qızıl medal qazandı
24 fevral 2025 16:22 (UTC +04:00)

FHN əməkdaşı ölkə çempionatında qızıl medal qazandı

Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə qol güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, çempionatda müxtəlif çəki dərəcələri üzrə 200-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli sağ və sol qol üzrə 4 görüş keçirərək bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Rəşad Kəsəmənli qol güləşi üzrə Bakıda keçiriləcək Dünya çempionatına lisenziya qazanıb.

FHN əməkdaşı ölkə çempionatında qızıl medal qazanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar