Lamin Yamalın "Barselona" ilə yeni müqaviləsinin müddəti açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kataloniya klubu və cinah oyunçusu yeni müqavilənin 2030-cu ilə qədər qüvvədə olması barədə razılığa gəliblər.
Yamalın hazırkı maaşı əsas komanda oyunçusu üçün minimum səviyyədədir. Futbolçuya verilən bonuslar maaşından çox olur.
Əvvəlcə Laminin maaşının ikiqat artırılması nəzərdə tutulurdu, lakin bu məbləğ də onun komanda üçün əhəmiyyətini əks etdirməzdi.
Tərəflər hazırda əməkdaşlığın maliyyə aspektlərini müzakirə etməkdə davam edirlər.