Amerikalı reper Kanye Uest və onun həyat yoldaşı Byanqa Sensori film çəkməyə hazırlaşırlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alınan məlumatlara görə, söhbət “moda filmi”ndən gedir. Bildirilir ki, noyabr ayında hazır olacaq filmdə müğənni həyat yoldaşını öz baxış bucağından təqdim etmək istəyib:
“Mən bunu bir növ moda filmi kimi təsvir edərdim. Bu, Kanyenin Byanqanı necə gördüyünün bir nümayişidir. Sakitlik və xaosun vəhdəti. Bütün diqqətin yalnız Byanqada cəmlənməsini istəyirəm”.