Lerikdə yolda  qar uçqunu:   20-yə qədər kəndə gediş-gəliş çətinləşib
24 fevral 2025 13:54 (UTC +04:00)

Lerikdə yolda qar uçqunu: 20-yə qədər kəndə gediş-gəliş çətinləşib

Lerikdə yolda qar uçqunu olub.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.

Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: "Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".

Lerikdə yolda qar uçqunu olub - FOTO

Lerikdə yolda qar uçqunu olub - FOTO

Lerikdə yolda qar uçqunu olub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar