Şəmkirdə 3 otaqlı ev əşyaları ilə birlikdə yandı
24 fevral 2025 09:35 (UTC +04:00)

Şəmkirdə 3 otaqlı ev əşyaları ilə birlikdə yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, kənd sakinə məxsus 3 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar