TikTokda  evlənəcəyinə söz verdi, qızın qızıllarını oğurladı - MƏHKƏMƏ
24 fevral 2025 17:03 (UTC +04:00)

TikTokda evlənəcəyinə söz verdi, qızın qızıllarını oğurladı - MƏHKƏMƏ

Abşeronda evlənəcəyi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.

Lent.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü R.T. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, R.T. "TikTok" sosial şəbəkəsi vasitəsilə A.S. adlı qadınla tanış olub. Onların tanışlığı sevgi münasibətinə çevrilib. A.S. təqsirləndirilən şəxsin onunla evlənəcəyinə inanıb, Xırdalan şəhərində yerləşən evinə dəvət edib.

R.T. həmin mənzildəki masanın üzərinə qoyulmuş əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən bir cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, bir cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, bir ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, bir ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, bir ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və bir ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində iki ədəd qızıl qolbağı oğurlayıb.

Təqsirləndirilən şəxs qadının evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, digərini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləyib.

Məhkəmənin qərarı ilə R.T.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar

Şəkidə İNTİHAR:  ailəsi kişinin asılmış meyitini tapdı

Şəkidə İNTİHAR: ailəsi kişinin asılmış meyitini tapdı

24 fevral 2025 , 19:33
 Bir yumruqla   arvadına sataşanı  yerə sərdi!   -VİDEO

Bir yumruqla arvadına sataşanı yerə sərdi! -VİDEO

24 fevral 2025 , 19:09
Bakıda daha bir  tələbə öldü

Bakıda daha bir tələbə öldü

24 fevral 2025 , 19:00
Bakıda 15 nəfər bu spirtdən  ölüb?

Bakıda 15 nəfər bu spirtdən ölüb?

24 fevral 2025 , 18:52
Bakıda yaşayış binasında YANĞIN - VİDEO

Bakıda yaşayış binasında YANĞIN - VİDEO

24 fevral 2025 , 18:40
Futbola baxarkən  əlil qonşusunu   yandırıb öldürdü

Futbola baxarkən əlil qonşusunu yandırıb öldürdü

24 fevral 2025 , 18:18
Bakıda soğan oğrusu  TUTULDU

Bakıda soğan oğrusu TUTULDU

24 fevral 2025 , 18:17
Hacıqabulda EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Hacıqabulda EVDƏ PARTLAYIŞ: xəsarət alan var

24 fevral 2025 , 17:33