Zaqatala rayon sakini Rusiyada yol qəzasında ölüb.
Lent.az xəbər verir ki, 35 yaşlı Zaqatala sakini Fətəliyev Hafiz Nəsib oğlu Rusiya Federasiyasında baş vermiş yol qəzasında həyatını itirib.
Onun nəşi fevralın 23-də Zaqatala rayonuna gətirilib, bu gün dəfn olunub.