Dörd rayonda və Sumqayıtda ağac kəsilməsi  ilə bağlı ciayət işləri açıldı
24 fevral 2025 15:12 (UTC +04:00)

Dörd rayonda və Sumqayıtda ağac kəsilməsi ilə bağlı ciayət işləri açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və Sumqayıt şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, həmçinin Saatlı rayonu Qara Nuru kəndi, İsmayıllı rayonu Xankəndi kəndi, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində, Quba rayonu Quba-Xudat magistral avtomobil yolunun cənub hissəsində meşə fonduna daxil olmayan ümumilkdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1-ci ( ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar

 Bir yumruqla   arvadına sataşanı  yerə sərdi!   -VİDEO

Bir yumruqla arvadına sataşanı yerə sərdi! -VİDEO

24 fevral 2025 , 19:09
Bakıda daha bir  tələbə öldü

Bakıda daha bir tələbə öldü

24 fevral 2025 , 19:00
Bakıda 15 nəfər bu spirtdən  ölüb?

Bakıda 15 nəfər bu spirtdən ölüb?

24 fevral 2025 , 18:52
Bakıda yaşayış binasında YANĞIN - VİDEO

Bakıda yaşayış binasında YANĞIN - VİDEO

24 fevral 2025 , 18:40
Futbola baxarkən  əlil qonşusunu   yandırıb öldürdü

Futbola baxarkən əlil qonşusunu yandırıb öldürdü

24 fevral 2025 , 18:18
Bakıda soğan oğrusu  TUTULDU

Bakıda soğan oğrusu TUTULDU

24 fevral 2025 , 18:17
Hacıqabulda EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Hacıqabulda EVDƏ PARTLAYIŞ: xəsarət alan var

24 fevral 2025 , 17:33
Bakıda 28 avtobusdan oğurluq: 2 nəfər tutuldu

Bakıda 28 avtobusdan oğurluq: 2 nəfər tutuldu

24 fevral 2025 , 17:25