Sumqayıtda 46 yaşlı kişi baltalanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları ərazisində qeydə alınıb.
53 yaşlı Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 46 yaşlı Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.