Xərçəngin müalicəsində böyük dönüş nöqtəsi baş verir. Alimlər döş xərçəngi şişlərini bir dozada məhv edə bilən yeni müalicə üsulu hazırlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ənənəvi kimyaterapiya və radioterapiya üsullarının uzunmüddətli və yan təsirlərə meylli müalicə prosesləri ilə müqayisədə bu yeni yanaşma xərçəng hüceyrələrini tez və effektiv şəkildə məhv etmək potensialına malikdir.
Məumata görə, xərçəng müalicəsində inqilab yarada biləcək yeni üsul hazırlanıb. Alimlər döş xərçəngi şişlərini bir dozada məhv edə biləcək müalicə üzərində işləyirlər və ilkin nəticələr ümidverici görünür. Bu innovativ üsul klinik sınaqlardan uğurla keçərsə, xərçəngin müalicəsində inqilabi bir addım olacaq.
Yeni müalicə üsulu necə istifadə edilir?
Elm adamları inkişaf etdirdikləri yenilikçi bioloji agentlər sayəsində xərçəng hüceyrələrini tək bir doza ilə hədəf alaraq məhv etməyi hədəfləyirlər.
Bu yeni müalicədir:
• Xərçəng hüceyrələrinə birbaşa təsir edən güclü immunoterapiya mexanizminə əsaslanır.
• Sağlam hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrini hədəf alır.
• Tək doza tətbiqi ilə şişləri kiçildirmək və məhv etmək məqsədi daşıyır.
Bu yanaşma immunitet sisteminin təbii reaksiyasını gücləndirərək, xərçəngə qalib gəlməyə imkan verir. Beləliklə, kimyaterapiya kimi ənənəvi müalicələrin səbəb olduğu saç tökülməsi, ürəkbulanma və immun sisteminin zəifləməsi kimi yan təsirləri minimuma endirmək olar.
Niyə döş vəzi xərçənginin müalicəsində inqilabdır?
Bu gün süd vəzisi xərçənginin müalicəsində cərrahiyyə, kimyaterapiya, radiasiya terapiyası və ünvanlı dərman müalicələrindən istifadə edilir. Ancaq bu müalicələr:
• Uzun bir proses tələb edir.
• Xəstələrin həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.
• İmmunitet sistemini zədələyərək yan təsirlərə səbəb ola bilər.
Yeni hazırlanmış tək dozalı müalicə bu prosesi qısaltmaq və xəstələrin daha tez sağalmasını təmin etmək potensialına malikdir. Klinik sınaqlarda müvəffəqiyyətli olarsa, döş xərçəngi xəstələri üçün daha qısa və effektiv müalicə mümkün ola bilər.
Klinik sınaqlar ümid vəd edir
Elm adamları bu yeni müalicə üsulunu ilk dəfə laboratoriya şəraitində və heyvan modellərində sınaqdan keçiriblər. Nəticələr göstərib ki, şiş hüceyrələri sürətlə kiçilir və immunitet sistemi xərçənglə daha effektiv mübarizə aparır.
İndi insanlar üzərində klinik sınaqlar növbəsidir. Bu testlər uğurlu olarsa, qarşıdakı illərdə döş xərçənginin müalicəsində köklü dəyişiklik ola bilər.