265 saylı körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.
Bağçadan Lent.az-a bildirib ki, tibb bacısı uşağa ilkin tibbi yardım göstərib.
Bağça rəhbərliyi uşağın valideyninə dərhal məlumat verib.
Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.