Bakıda bir gündə 40-dan çox avtobus  qəza nəticəsində zədələnib
24 fevral 2025 11:51 (UTC +04:00)

Bakıda bir gündə 40-dan çox avtobus qəza nəticəsində zədələnib

Fevralın 23-də qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki,  fevralın 21-dən Bakıda və bölgələrdə qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar