Pensiyaçıların pulunu oğurlayan dəstə üzvlərinə hökm oxunub
16 oktyabr 2009 13:45 (UTC +04:00)

Pensiyaçıların pulunu oğurlayan dəstə üzvlərinə hökm oxunub

Oktyabrın 16-da ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gəncə şəhərində 52 nəfər təqaüdçünün pulunu oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi yekunlaşıb.


Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Mehran Hüseynov 7 il, Anar Hüseynov 6 il, Ədalət Mustafayev və Ruzigar Məmmədov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.


Qeyd edək ki, təqsirləndirilən şəxslər 2009-cu il martın 20-də Gəncədə Şəmkir rayon Bayramlı kənd sakinləri Sənayə Əliyeva və Bənövşə Ələkbərovanı bankomatdan 52 nəfər həmkəndlisinin təqaüdünü alarkən soyublar. Qrup üzvləri qadınların üzünə gözyaşardıcı qaz balonu püskürtməklə, içərisində 3900 manat pul və 52 ədəd bankomat kartı olan çantanı əllərindən alaraq hadisə yerindən qaçıblar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar