Qonşunu bıçaqlayan qardaşlara ağır cəza
16 oktyabr 2009 13:30 (UTC +04:00)

Qonşunu bıçaqlayan qardaşlara ağır cəza

Oktyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qonşusunu bıçaqlamaqda təqsirləndirilən iki qardaşın məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlər Ramil və Amil Aslanov qardaşlarının cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə R.Aslanov 11 il, A.Aslanov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.


İttihama əsasən, Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon sakinləri Ramil və Amil Aslanov qonşuları Xanqulu İmanquliyevə bıçaqla xəsarət yetirib. Araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.


Qeyd edək ki, Ramil və Amil Aslanov qardaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar