Polis rəisini şantaj edən qocaların məhkəməsi başladı
16 oktyabr 2009 13:15 (UTC +04:00)

Polis rəisini şantaj edən qocaların məhkəməsi başladı

Oktyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis məmurundan hədə qorxu ilə pul tələb edən 77 yaşlı qocaların məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.


İttiham aktına əsasən, 2009-cu il mayın 4-də Cəlilabad rayon Hasıllı kənd sakinləri Həsən Qasımov və Cavad Həsənov rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis mayoru Aydın Bayramovun xidməti otağında ona qarşı xuliqanlıq hərəkətləri törədiblər.

1932-ci il təvəllüdlü H.Qasımov tanışı və yaşıdı C.Həsənovla şöbə rəisindən hədə-qorxu ilə pul tələb etmək barədə razılığa gəliblər. Sonra şöbə rəisinin əmlakını ələ keçirmək məqsədi ilə onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə rəisin ünvanına poçtla məktub göndərərək ondan əvvəl 9 min manat, daha sonra isə tələblərini yerinə yetirmədiyindən 10 min manat istəyiblər.

Təqsirləndirilən şəxslər ifadələrində özlərini qismən təqsirli biliblər.

Proses oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar