Müdafiə Nazirliyi: “Tovuz və Ağstafadakı hərbi hissələrdə zəhərlənmə baş verməsi xəbəri yalandı”
14 oktyabr 2009 16:15 (UTC +04:00)

Müdafiə Nazirliyi: “Tovuz və Ağstafadakı hərbi hissələrdə zəhərlənmə baş verməsi xəbəri yalandı”

“Tovuz və Ağstafada yerləşən hərbi hissələrdə kütləvi zəhərlənmə faktının olması barədə mətbuatda yazılanlar yalan və dezinformasiyadır”. Bunu Lent.az-a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib. Onun sözlərinə görə. Həmin hərbi hissələrdə hərbçilərin balıq konservindən zəhərlənməsi barədə yazılanlar qəti şəkildə yalanıdır.

Tovuz və Ağstafadakı hərbi hissələrdə kütləvi zəhərlənmə olması xəbəri “Azadlıq” qəzetinin bugünkü sayında çıxıb. Xəbərdə zəhərlənən əsgər və zabitlərin hərbi hissədəki tibb məntəqəsinə yerləşdirildiyi, baş verənləri yerində araşdırmaq üçün isə Şəmkir korpusunun komandanı, general Çingiz Şəfiyevin hərbi hissəyə getdiyi də bildirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar