Nərdə görə xalası oğlunu öldürənə 14 illik həbs
13 oktyabr 2009 15:00 (UTC +04:00)

Nərdə görə xalası oğlunu öldürənə 14 illik həbs

Oktyabrın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bərdə rayon sakini Elmir Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənin əməlinin sübuta yetirildiyi qənaətinə gəlib.


Məhkəmənin hökmü ilə E.Əmiraslanov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ölüm hadisəsi nərd oynayan zaman baş verib. 2008-ci il avqustun 15-də Bərdə rayonu Qozqurdalı kəndinin çayxanasında Elmir Əmiraslanov xalası oğlu Ruslan Babayevlə nərd oynayıb. Oyun zaman xalaoğlular arasında zər atma mübahisəsi yaranıb. Mübahisə zəminində E.Əmiraslanov özündə olan bıçaqla R.Babayevi vurub. R.Babayev Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, kəskin qan itirmədən ölüb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar