Binəqədidə 29 yaşlı oğlanı ölümcül hala saldılar
14 noyabr 2012 18:44 (UTC +04:00)

Binəqədidə 29 yaşlı oğlanı ölümcül hala saldılar

Bakı şəhərinin Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, Naxçıvani küçəsi 6 ünvanının qarşısından 29 yaşlı Cavid Əliyev xəstəxanaya gətirilib. Onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. Faktla əlaqədar dərhal polisə məlumat verilib.

Hazırda 29 yaşlı C.Əliyevi ölümcül hala salmış şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.



Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1600

Oxşar yazılar