İnquşetiya prezidentinin telefon nömrəsi işə yaradı
14 noyabr 2012 10:42 (UTC +04:00)

İnquşetiya prezidentinin telefon nömrəsi işə yaradı

İnquşetiya respublikasının Təhlükəsizlik Şurası (TŞ) bəyanat yayıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, TŞ-yə əldə etdiyi respublika ərazisində fəaliyyət göstərən yaraqlıların sayı 30 nəfərdən çox deyil.
Respublika prezidenti Yunus Bek Yevkurovun verdiyi məlumata görə, o, mobil telefon nömrəsini ictimailəşdirəndən sonra təxminən 50-yə yaxın yaraqlı silahı yerə qoyub. Hazırda həmin şəxslərin əldə silah cinayət edib-etməməsi filtrasiyadan keçirilir.
Yevkurov “Dojd” telekanalına verdiyi müsahibəsində bildirib ki, həmin şəxslərin də silahı yerə qoyması istiqamətində işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar