Bakıda sanatoriyada qanlı hadisə
14 noyabr 2012 10:13 (UTC +04:00)

Bakıda sanatoriyada qanlı hadisə

Noyabrın 13-də Bakı şəhərinin Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsində, “Azərbaycan” sanatoriyasında 1964-cü il təvəllüdlü Əliyev Şahin Aydın oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb. 48 yaşlı kişini bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584

Oxşar yazılar