Obamanın Rusiyaya səfəri hələ müəyyənləşməyib
14 noyabr 2012 06:50 (UTC +04:00)

Obamanın Rusiyaya səfəri hələ müəyyənləşməyib

Ağ ev ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfəri ilə bağlı hələ konkret qərar qəbul etməyib.

Lent.az-ın «Ria-Novosti»-yə istinadən məlumatına görə, Ağ evin təmsilçisi Cey Karni keçirdiyi mətbuat konfransında bu haqda belə açıqlama verib.

«Dünya liderləri prezidenti yenidən seçilməsi münasibəti ilə telefon danışıqları zamanı təbrik edib. Vladimir Putinlə danışıqları barəsində sizə konkret bir söz deyə bilməyəcəyəm»-deyə, təmsilçi bildirib.

Bir müddət öncə Rusiya dövlət aşçısının mətbuat katibi Dmitri Peskov rusiyalı həmkarının dəvəti qarşılığında Barak Obamanın Moskvaya səfər etməyə hazır olduğunu söyləydiyini bildirmişdi:«Barak Obama perspektivdə Rusiyaya səfər etməyə hazır olduğunu təsdiqləyərək, demişdi ki, bunun üçün diplomatik kanallar vaxtı razılaşdırmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar