Tofiq Yaqublu sərbəst buraxılıb
13 noyabr 2012 19:32 (UTC +04:00)

Tofiq Yaqublu sərbəst buraxılıb

Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. O deyib ki, T.Yaqublu qızı Nigar Yaqublunun cinayət işi üzrə Abşeron Rayon Məhkəməsində gedən məhkəmə iclası zamanı saat 17.30 radələrində məhkəmə binasının qarşısında saxlanılaraq, rayon polis idarəsinə aparılıb. Bir neçə dəqiqə əvvəl isə T.Yaqublu sərbəst buraxılıb. Vəkil partiya funksionerinin saxlanmasının səbəbləri haqqında açıqlama verməyib.

T.Yaqublu özü isə APA-ya açıqlamasında deyib ki, onun saxlanması anlaşılmazlıq səbəbindən baş verib və məsələ rayon polis idarəsində çözülüb: “Bir saata yaxın vaxtda məni polis idarəsində saxladılar. Xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldım”. T.Yaqublu anlaşılmazlığın nə ilə bağlı olması haqqında isə əlavə açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar