Dünya bu gün
14 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

565. Bizans imperatoru Yustinian vəfat edib

1840. Fransız impressionist rəssamı Klod Mone (Claude Monet) anadan olub

1889. Hindistanın ilk baş naziri Cəvahirləl Nehru anadan olub

1900. Fransada qadınlara vəkil işləmək hüququ verilib

1903. Hollandiyada ilk dəfə olaraq elektrokardioqraf icad olunub

1907. Rusiyada üçüncü Duma fəaliyyətə başlayıb

1908. Albert Eynşteyn kvant nəzəriyyəsini irəli sürüb

1920. Tiflisdə RSFSR və Azərbaycan SSR ilə Gürcüstan Respublikası arasında ticarət tranziti barədə saziş imzalanıb. Sazişdə Azərbaycan neftini meşə materiallarına, Gürcüstan daş kömürünə və başqa mallara dəyişdirməyi nəzərdə tutulurdu

1922. “BBC” radiosu fəaliyyətə başlayıb

1944. Sovet generalı Vlasov alman qoşunları tərəfə keçərək “Rusiya Azadlıq Ordusu”nu qurub

1954. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays anadan olub

1955. İngilis Donald Kempel suda sürət rekordu (321 km/saat) əldə edib

1960. OPEK (Neft İxrac Edən Ölkələr Təşkilatı) təşkil edilib

1968. Avropada ilk dəfə ağciyər transplantasiyası aparılıb

1969. Muəmmər Qəddafinin göstərişi ilə Liviyadakı bütün xarici banklar milliləşdirilib

1979. ABŞ banklarında İrana aid bütün hesablar dondurulub

1993. “Google” axtarış sistemi fəaliyyətə başlayıb

2005. Elin Süleymanov ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın baş konsulu təyin edilib

2006. Ukrayna “İlin adamı” Ümummilli Proqramının Ali Akademik Şurası İlham Əliyevi ilin adamı seçib

2006. Müğənni Oqtay Ağayev vəfat edib

2008. Milli Məclis İraqda xidmət edən Azərbaycan sülhməramlılarının (mandatı bitdiyi üçün) geri çağırılması barədə qərar qəbul edib

2008. Bakı Enerji Sammitinin yekun bəyannaməsi qəbul edilib.

Günün aforizmi

“Polkovnik Qəddafi bilməlidir ki, Fransa saman çuvali deyil...”

“Libération” qəzeti, 10.11.2007
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar