Lənkəranda tut ağacı ikinci dəfə bar verib
13 noyabr 2012 17:22 (UTC +04:00)

Lənkəranda tut ağacı ikinci dəfə bar verib

Azərbaycanın Lənkəran rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Rvo kənd sakini İmran Məmmədovun fərdi həyətyanı sahəsindəki tut ağacı ikinci dəfə bar verib. İ.Məmmədov payızın son ayında bu cür hadisənin ilk dəfə şahidi olduğunu bildirib.

Lənkəran Dövlət Universitetinin dosenti, biologiya elmləri namizədi Məmmədhüseyn Hüseynov isə Lent.az-ın müxbiri ilə söhbətində tut ağacının il ərzində ikinci dəfə bar verməsini oktyabr ayının isti keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, sükunət dövrünü yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verir və ağacda ehtiyat qidanın olması onun yenidən bar verməsi ilə nəticələnir. Bioloq-alimin qənaətincə, bitkinin il ərzində ikinci dəfə bar verməsi çox hallarda onun sonrakı inkişaf dövrü üçün zərərli amil sayıla bilər. Çünki ehtiyat qidasını il ərzində ikinci dəfə bar verməyə sərf edən bitki yaz aylarında gücdən düşür və nəticə etibarı ilə növbəti ildə onun məhsuldarlığı azalır.

Ağəddin Babayev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2048

Oxşar yazılar