Baş Prokurorluq: Tələskənliyə yol verməyin
13 noyabr 2012 16:37 (UTC +04:00)

Baş Prokurorluq: Tələskənliyə yol verməyin

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilən cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən şahidlərin dindirilməsi, üzləşdirilməsi və sair barədə informasiyaların ictimailəşdirilməsi istintaqın maraqlarına zidd olduğundan istintaqın hazırkı mərhələsində istintaq sirri təşkil edən həmin məlumatların yayılması cinayət prosessual qanunvericiliyinin tələblərinə görə yolverilməzdir. Zərurət yaranacağı təqdirdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

E. Sultanov KİV nümayəndələrinə müraciət edərək bu qəbildən olan məlumatları yayarkən onları tələskənliyə yol verməməyə çağırıb.

Qeyd edək ki, bəzi KİV-də Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı əməkdar artist Mətanət İsgəndərlinin istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilməsi barədə məlumatlar yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647

Oxşar yazılar