Mətanət İsgəndərlinin bacısı danışdı
13 noyabr 2012 15:38 (UTC +04:00)

Mətanət İsgəndərlinin bacısı danışdı

Bir neçə müddətdir ki, ABU-un keçmiş rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında müğənni Mətanət İsgəndərlinin də iştirak etdiyini iddia edir. Lent.az-ın xəbərinə görə, Elşda Abdullayev iddia edir ki, Mahir Abdullayev sonuncu dəfə Mətanət İsgəndərlinin evində olub və elə müğənninin evindən də oğurlanıb. Bu gün isə müğənninin Mahir Abdullayevin işi üzrə şahid qismində ifadə vermək üçün istintaqa çağırıldığı barədə məlumat yayılıb. Lakin sənətçinin bacısı Təranə İsgəndərli həmişə olduğu kimi yenə də xəbərləri təkzib edib. O, Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda evində istirahət edir: “Biz artıq bu cür söz-söhbətlərdən yorulmuşuq. Necə ildir, danışırlar ki, bu məsələdə bizim də adımız var. Elə olsaydı, biz indi evimizdə yox, həbsdə olardıq. Bacım hazırda evindədir və istirahət edir. Mətanət ona görə açıqlama vermək istəmir ki, bu mövzulardan bezib”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3971

Oxşar yazılar