Azərbaycan vətəndaşının girov götürüldüyü rəsmən təsdiqləndi
13 noyabr 2012 14:12 (UTC +04:00)

Azərbaycan vətəndaşının girov götürüldüyü rəsmən təsdiqləndi

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qazax rayon sakini Telman Əliyevin Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi faktını təsdiqləyib.



Komissiyanın katibi Şahin Sailov APA-ya açıqlamasında bildirib ki, T. Əliyevin geri qaytarılması istiqamətində müvafiq işlər görülür. Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin dünən səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib. İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3545

Oxşar yazılar