Maska taxmayanlar cərimələndi - FOTO
08 iyul 2020 13:10 (UTC +04:00)

Maska taxmayanlar cərimələndi - FOTO

Ağdaşda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reyd zamanı  obyektlərdə satıcı və müştərilərlə, küçədə hərəkət edən sakinlərlə,  eləcə də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial izolyasiya qaydalarına əməl etmələrinin vacibliyi bildirilib. Rejim qaydalarını pozan, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

# 2674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar