65 yaşlı qadını avtomobil vurdu
15 may 2019 15:57 (UTC +04:00)

65 yaşlı qadını avtomobil vurdu

Göygöldə avtomobil qəzası baş verib.
 
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Quşqara kəndi ərazisində qeydə alınıb.
 
Məlumata görə,1954-cü il təvəllüdlü Qərənfil Qədirova yolu keçmək istəyərkən avtomobil onu vurub.
 
Hadisəni törədən, 1966-cı il təvəllüdlü Nemət Şahmalıyev saxlanılıb. 
 
Faktla bağlı araşdırma aparılır.
# 1348
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar