Mayın 14-də Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
07 may 2024 11:33 (UTC +04:00)

Mayın 14-də Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il mayın 14-də, saat 10:00-da Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, İsmayıllı və Qəbələ rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Göyçay rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Oxşar yazılar