Şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edildi
08 may 2024 12:10 (UTC +04:00)

Şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edildi

Azərbaycan Kino Mərkəzi 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edir. 

Lent.az xəbər verir ki, bu müsabiqə özünə, qələminə güvənən yaradıcı insanlar üçün, yazdıqları ssenarilərin sadəcə kağız üzərində qalmaması üçün bir şansdır. 

Müsabiqəyə müharibə mövzusunda olan ssenarilərinizi, həmçinin sinopsis və ya tretmanlarınızı təqdim edə bilərsiniz.
Təqdim edilən ssenarilər COURİER NEW şrifti ilə yazılmalı, şriftin ölçüsü 12 olmalıdır. 

Müsabiqəyə qatılmaq üçün ssenarilərinizi (tretman və sinopsis) müəllif haqqında məlumat ilə (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə [email protected] e-mail adresinə “Ssenari müsabiqəsi” başlığı ilə göndərə bilərsiniz. 

Bir iştirakçı müsabiqəyə istənilən sayda ssenari, həmçinin sinopsis və ya tretman təqdim edə bilər.

SON MÜRACİƏT TARİXİ: 30 İyun 2024-cü il.

Ətraflı məlumat üçün 050 (371-55-37) telefon nömrəsinə zəng edib məlumat ala bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6936

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29