8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində (”Xəzər” TV-nin yaxınlığı) mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.