Bakıda "BMW X6" ağır qəza törətdi: <span style="color:red;">xeyli yaralı varı  - <span style="color:red;">YENİLƏNİB
18 mart 2016 09:52 (UTC +04:00)

Bakıda "BMW X6" ağır qəza törətdi: xeyli yaralı varı - YENİLƏNİB

Martın 18-nə keçən gecə Bakının mərkəzində, Xaqani küçəsi 86 ünvanın qarşısında ağır yol qəzası baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev idarə etdiyi “BMW X6” markalı, 99 ER 888 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış “Volsfagen Passat”, “BMW 520”, “Toyota Prado” və “Toyota RAV4” markalı  avtomobillərə çırpıb. Hadisə vaxtı yolun kənarında dayanın İran vətəndaşları, 1996-cı il təvəllüdlü Əmirnicat Mehdi Yusif oğlu, 2014-cü il təvəllüdlü Əmirnnicat Nəfəs Mehdi oğlu, 1984-cü il təvəllüdlü Əkrəmi Nahid Abdulla qızı, 1969-cu il təvəllüdlü Sədai Əli Həsən oğlu, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev, 1981-ci il təvəllüdlü İlqar Həsənov, 1976-cı il təvəllüdlü Vasif Davudov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

 

 

Bildirilir ki, xəsarət alan İran vətəndaşlarından 2-sinin bədənində sınıqların olduğu məlum olub. Digər iki İran vətəndaşı isə kəllə-beyin travmaları alıb. Onlar yol kənarında dayanıblarmış. Bundan başqa əlavə olaraq yol kənarındakı 2 nəfər də yaralanıb.

 

 

İran vətəndaşları Novruz bayramı ilə əlaqədar Bakı şəhərinə turist kimi gəliblərmiş.

 

 

*****

 

06:04

 

Səbail rayonunda zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Xaqani küçəsində qeydə alınıb. Sürətlə hərəkətdə olan "BMW X6" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə yol kənarında dayanan 6 avtomobili əzib və işıq dirəyini aşırıb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Onlardan üçü İran İslam Respublikasının vətəndaşlarıdır. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan üçünün vəziyyətinin orta ağır olduğunu bildiriblər. Digərlərinin xəsarətləri isə nisbətən yüngül olub. Verilən məlumata görə, hadisəni törədən "BMW X6" eyni markalı avtomobil ilə ötüşürmüş və qəza da bu zaman baş verib. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

# 751
avatar

Nizam Rza

Oxşar yazılar