Şaxta baba maşın oğurlayıb  insanları təbrik etməyə getdi - VİDEO
05 yanvar 2024 19:09 (UTC +04:00)

Şaxta baba maşın oğurlayıb insanları təbrik etməyə getdi - VİDEO

İrkutsk vilayətində Şaxta baba paltarı geyinmiş şəxs Nijneudinsk sakinlərini bayram münasibətilə təbrik etmək üçün avtomobil qaçırıb. Lakin idarəetməni itirərək qar çuxuruna çırpılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, yanvarın 2-də VAZ markalı avtomobilin oğurlanması barədə polisə məlumat daxil olub. Avtomobilin sahibi deyib ki, mağazalardan birinin yaxınlığında o, “Santa Klaus” geyimində gənc oğlanı görüb və onu Nijneudinsk sakinlərini Yeni il münasibətilə təbrik etməyə dəvət edib.

Yeni tanışlar çıxışda dayanıb və avtomobil sahibi Şaxta babanı maşınında qoyub düşüb. Bir müddət sonra VAZ-ın oğurlandığını görüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları maşının yerini müəyyən etməyə və oğrunu saxlamağa müvəffəq olublar. 25 yaşlı gənc deyib ki, o, maşın sahibinin geri qayıtmasını gözləməmək qərarına gəlib və şəhər sakinlərini təkbaşına təbrik etmək istəyib. Ancaq idarəetməni itirərək qar yığınına çırpılıb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4496

Oxşar yazılar

İsrail Hizbullah komandirini öldürdü - VİDEO

İsrail Hizbullah komandirini öldürdü - VİDEO

20 iyun 2025 , 17:03
Bakıda maşın piyadanı belə vurdu - HADİSƏ ANI

Bakıda maşın piyadanı belə vurdu - HADİSƏ ANI

20 iyun 2025 , 11:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

20 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

19 iyun 2025 , 10:00
Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00