Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR
20 avqust 2026 12:13 (UTC +04:00)

Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR

0

Çində metroda sərnişinlərdən birinin əlindəki vedrə aşıb və canlı ilanbalıqları vaqona tökülüb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilanbalıqları qısa müddətdə vaqonun müxtəlif hissələrinə yayılmağa başlayıb.

Baş verənləri ilk anda anlamayan sərnişinlər bir neçə saniyəlik çaşqınlıq yaşayıblar. Lakin daha sonra panikaya düşmək əvəzinə birlikdə hərəkət edərək ilanbalıqlarını toplamağa başlayıblar. Toplanan ilanbalıqları yenidən vedrəyə yerləşdirilərək sahibinə qaytarılıb.

Hadisə bir neçə dəqiqə ərzində həll olunub və metro qatarı səfərinə normal şəkildə davam edib. Vaqonda yaranan qeyri-adi mənzərə isə sərnişinlərin yaddaşında uzun müddət qalacaq görüntülər yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar