Amerikalı reper Kanye Uest pərəstişkarını döyüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb fanatının ondan avtoqraf istəməsi olub.
Sonra pərəstişkarının onun şəklini çəkməyə başlaması musiqiçinin xoşuna gəlməyib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda Kanyenin dostu onu sakitləşdirməyə çalışsa da, reper onun üstünə qışqırmağa başladığı görünür.
Polis faktla bağlı araşdırmaya başlayıb.
İlkin məlumata görə, reper 6 aya qədər həbs edilə bilər.
Həmin görüntüləri təqdim edirik: