Məmuru təltif edən "jurnalist" həbs olundu - YENİLƏNİB
04 mart 2026 19:17 (UTC +04:00)

Məmuru təltif edən "jurnalist" həbs olundu - YENİLƏNİB

2

Gədəbəydə Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə mükafat verən Fəqani Hüseynov məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılan F.Hüseynov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

***

3 mart, saat 13:52

Gədəbəydə bir məmurun otağında çəkilən görüntülər müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda adını açıqlamayan şəxs Gədəbəy rayon Kommunal Müəssisələri Birliyinin direktor əvəzi Ruslan adlı məmura fəxri diplom verərək təbrik edib:

"Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından, Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından göndərilmiş fəxri diplom münasibətilə təbrik edirik. Baxmayaq ki, 2 aydır direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2368

Oxşar yazılar