Türkiyənin Bayburt vilayətində hava temperaturunun aşağı düşməsi ilə 2 min 409 metr yüksəklikdə yerləşən Kop dağında may ayında qar yağışı müşahidə olunub.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, may ayının sonuna yaxın yağan qar yüksək bölgələrdə yenidən qış mənzərələri formalaşdırıb.
Şəhər mərkəzində isə səhər saatlarında başlayan yağışın fasilələrlə davam etdiyi qeyd olunub.