KÖRPƏYƏ QARŞI VƏHŞİLİK  edilən uşaq bağçası məlum oldu - VİDEO  -YENİLƏNİB
14 yanvar 2022 00:12 (UTC +04:00)

KÖRPƏYƏ QARŞI VƏHŞİLİK edilən uşaq bağçası məlum oldu - VİDEO -YENİLƏNİB

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayon Aşağıbaş kənd bağçasında baş verib.

Həmin bağçada işləyən tərbiyəçi işdən qovulub. Bu barədə paylaşımı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə edib.

O bildirir ki, guya uşaq həmin tərbiyəçinin qohumudur: 

"Hə də qohum da şikayətçi olmayacaq. Mənə də yazacaqlar ki, sən allah, məsələni böyütmə. Amma böyüdəcəyik. Bir uşağın telinə belə zərər vurulmayacaq".
 

***

00:01

"Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır".

Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərin görə, araşdırmanın nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək. 
 

***

23:17

Polis bağçada tərbiyəçinin uşağı vurmasını əks elətdirən görüntülərlə bağlı araşdırmaya başlayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

22:42

Azərbaycanda bağçada tərbiyəçi uşağı vurub.
 
Lent.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
 
Hadisənin hansı bağçada baş verdiyi hələlik məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:
 

# 9387
avatar

Oxşar yazılar