Bakıda yanan binadan azyaşlılar belə xilas edildi - VİDEO
01 dekabr 2021 15:35 (UTC +04:00)

Bakıda yanan binadan azyaşlılar belə xilas edildi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi sözügedən yanğın barədə geniş məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə saat 11:07-də məlumat daxil olduqdan cəmi 5 dəqiqə sonra – saat 11:12-də Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verdiyi və bu səbəbdən bina daxilində yaranmış qatı tüstünün bina sakinləri üçün təhlükə yaratdığı müəyyən edilib.

Dərhal həyata keçirilən operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və paralel olaraq bina sakinlərinin təxliyəsi təmin edilib.

Yanğın nəticəsində binanın ümumilikdə 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 150 p.m. yanıb. Mənzillər və şaxtadan keçən kabellərin qalan hissəsi yanğından mühafizə olunub. Ümumilikdə 80 nəfər bina sakini təxliyə edilib.

Bakıda yanğın olan binadan çəkiliş

# 3711
avatar

Mehman Nəbiyev

Oxşar yazılar