Binada yanğın
01 dekabr 2021 12:07 (UTC +04:00)

Binada yanğın

Bakıda yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi "Binə" ticarət mərkəzinin qarşısındakı yaşayış binalarından birində baş verən yanğın bir neçə dəqiqə əvvəl söndürülüb.

***

Saat: 11:34

Fövqəladə Hallar Nazirliyi paytaxtın Qaradağ rayonunda başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat: 11:15

Bakıda evdə yanğın başlayıb.

Lent.az-ın məlumatına görə, hadisə bir neçə dəqiqə əvvəl paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzinin qarşısındakı yaşayış binalarından birində baş verib.

Məlumata görə, yanğın zamanı partlayış səsi də eşidilib.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Bakıda bina yanır

# 8127
avatar

Mehman Nəbiyev

Oxşar yazılar