Bakıda qadını küçəyə atıblar.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, qadını ayda bir neçə dəfə küçəyə atırlar.
Qeyd edək ki, qadının əlilliyi var. O, hazırda Nərimanov rayonu, Hidayətzadə küçəsi 51 ünvanındadır. Bir neçə gündür ki, orada gecələyir.