Bakıda işıqforun yaşıl işığında son anda keçən maşınların QƏZA VİDEOLARI
21 oktyabr 2024 10:57 (UTC +04:00)

Bakıda işıqforun yaşıl işığında son anda keçən maşınların QƏZA VİDEOLARI

Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar. Paytaxt yollarında bəzi sürücülər sanki svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsi səbəbindən baş verib.

Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur. Svetoforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar. Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və svetoforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Fidan İlqar

Oxşar yazılar