Bakıda gecə klubunda PARTLAYIŞ:  ölən və yaralananlar var - VİDEO
03 aprel 2022 04:39 (UTC +04:00)

Bakıda gecə klubunda PARTLAYIŞ: ölən və yaralananlar var - VİDEO

Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. 
Təcili yardım briqadalarından APA-ya verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında olanların olduğu ehtimal edilir.

***

04.12

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

04.00

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.

***

03.38

Bakının Səbail rayonunda partlayış baş verib.

Lent.az xəbər verir ki, hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən “Location club”da qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10095
avatar

Oxşar yazılar